"Rizespor" qapıçısı ilə yollarını ayırıb
"Rizespor" qapıçı Gökhan Akkan ilə yollarını ayırdığını açıqlayıb.
Sportline.az Ntvspor.net-ə istinadla xəbər verir ki, 29 yaşlı qolkiperin müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib.Onun 2025-ci ilə qədər müqaviləsi var idi.
2015-ci ildən Qara dəniz klubunun şərəfini qoruyan türkiyəli qapıçı meydana çıxdığı 221 oyunda 323 qol buraxarkən 64 görüşdə qapısını toxunulmaz saxlayıb.
Qeyd edək ki, təcrübəli qapıçı Türkiyə millisinin heyətində bir oyun keçirib.