Roberto Bordindən yeni xəbər
"Neftçi"nin sabiq baş məşqçisi Roberto Bordin yeni təklif alıb.
Sportline.az xəbər verri ki, italiyalı mütəxəssis ölkəsinin B seriyasında klub çalışmağa yaxındır. Mütəxəssis "Askoli"yə təklif olunub. Klub hazırda baş məşqçi axtarışındadı və Bordinlə də danışıqlar gedir.
Hazırkı çalışdırıcı David Dionigi ilə gələn həftə yollar ayrılacaq. Klub rəhbərliyinin bu posta 7 namizədi var. Onlar arasında Bordinlə yanaşı, Alessandro Nesta və Massimo Oddo kimi tanınmış simalar da yer alır.
Bordin 2018-ci ilin yayından bu ilin əvvəlinə qədər "Neftçi"yə rəhbərlik edib.