AVRO-2024: Roberto Martines: "Komandadan baxımlı futbol gözləyirəm"

Bu gün Avropa çempionatında 1/4 final mərhələsinə start verilir.

Sportline.az xəbər verir ki, günün ikinci matçında Portuqaliya və Fransa komandaları üz-üzə gələcəklər.

Portuqaliya seçməsinin baş məşqçisi Roberto Martines komandasının bu oyunla bağlı imkanlarını qiymətləndirib.

"Komandamın keyfiyyətli, baxımlı və məhsuldar oynamasını istəyirəm. Oyunumuzda yaxşı və pis tərəflər var. Daim yüksəkdə olmaq üçün çatışmayan cəhətlərimiz üzərində işləyirik. Portuqaliya gözəl oynayanda nəticə də olur. Çempionatda rəqabət yüksək səviyyədədir. İlk qolu vurmaq üçün risk eləməli oluruq. Bugünkü görüşdə azarkeşlərimizi sevindirməyə çalışacağıq", - deyə Martines UEFA-nın saytında sualları cavablandırıb.

Qeyd edək ki, Portuqaliya - Fransa görüşü Bakı vaxtı ilə 23:00-da başlanacaq.