Roberto Martines millini çalışdıra bilər

Son olaraq Belçika millisini çalışdıran Roberto Martines Portuqaliya millisinin sükanı arxasına keçə bilər.

Sportline.az "The Telegraph" nəşrinə istinadən xəbər verir ki, 50 yaşlı mütəxəssis bu posta əsas namizədlərdən biridir.

İddiaya görə, o, Fernandu Santuşun əvəzinə yeni baş məşqçi axtaran Portuqaliya Futbol Federasiyasının diqqətini cəlb edib.

Amma Martines hələlik karyerası ilə bağlı yekun qərarını verməyib. Onun klub və ya milli komandada çalışacağı bəlli deyil.

Qeyd edək ki, Roberto Martines Qətərdəki dünya çempionatından sonra Belçika millisindən istefa verib.

Banner