Robertsonun son durumu bilindi
"Liverpul"un futbolçusu Endrü Robertson hələ bir müddət də yaşıl meydanlardan kənarda qalacaq.
Sportline.az xəbər verir ki, bunu komandanın baş məşqçisi Yurgen Klopp "This is Anfield"ə açıqlamasında deyib.
"Robertson çiynini tam olaraq işlədə bilmir. Görünür keçirdiyi əməliyyat həqiqətən də ağır olub. O, hələ də ümumi qrupla məşqlərə hazır deyil", - deyə almaniyalı mütəxəssis bildirib.
Qeyd edək ki, 29 yaşlı müdafiəçi Şotlandiya millisi ilə oktyabrdakı qarşılaşmada zədələnmişdi.