Rodriqo karyerasını İngiltərədə davam etdirə bilər
"Real Madrid"in brazilyalı futbolçusu Rodriqo karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Sportline.az "Relevo" nəşrinə istinadən xəbər verir ki, "Mançester Siti" və "Arsenal" Rodriqonu transfer etmək üçün yarışa girib.
24 yaşlı futbolçunun Madrid klubu ilə müqaviləsi 2028-ci ilin yayına qədər nəzərdə tutulub.
Qeyd edək ki, Rodriqonun transfer qiyməti 100 milyon avro olaraq təyin olunub.
O, bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 50 matçda 13 qol 10 asistlə yadda qalıb.