Rodriqo üçün İngiltərə nəhəngləri yarışa girib
"Real Madrid"in brazilyalı ulduz futbolçusu Rodriqo karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Sportline.az "Todo Fichajes" nəşrinə istinadən xəbər verir ki, "Mançester Siti" və "Çelsi" Rodriqonu transfer etmək üçün yarışa girib.
24 yaşlı vingerin transfer qiyməti 100 milyon avro olaraq təyin olunub. O cari mövsüm çıxış etdiyi 48 matçda 13 qol 10 asistlə yadda qalıb.
Qeyd edək ki, Rodriqonun "Real Madrid"lə müqaviləsi 2028-ci ilin iyun ayına qədər nəzərdə tutulub.