"Roma" "Atalanta"nı məğlub etdi
"Roma" İtaliya A seriyasında 27-ci tur oyununa çıxıb.
Sportline.az xəbər verir ki, komanda "Atalanta"nı qəbul edib. Matç meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
"Roma" - "Atalanta" - 1:0
Qol: Abraham, 32
Bu qələbə ilə xalını 44-ə çatdıran "Roma" turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb. "Atalanta" 47 xalla 5-cidir. Siyahıya 58 xalla "İnter" başçılıq edir.