“Roma” klubu türkiyəli futbolçunu izləmək üçün İstanbula gəlib
“Qalatasaray”da əla mövsüm keçirən Y.Akgün yanvarda klubdan ayrıla bilər.
Sportline.az “Sabah Spor” qəzetinə istinadən xəbər verir ki, “Roma” klubunun rəhbər şəxsləri bu gün keçiriləcək “Qalatsaray” – “Elfsborq” matçını stadiondan izləyəcək. “Roma” rəhbərliyi Yunus Akgünü transfer etməyə çalışır.
İtaliyan klubu Yunus üçün “Qalatasaray”a 15 milyon avro təklif edib.
“Qalatasaray” rəhbərliyi isə Y.Akgün üçün 20 milyon avro tələb edir.
Qeyd edək ki, Yunus Akgün bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 12 matçda 4 qol və 1 asistlə yadda qalıb.