"Roma"da yeni müqavilə imzalandı
Kris Smollinq "Roma" ilə yeni müqavilə imzalayıb.
İngiltərəli müdafiəçi 2025-ci ilədək paytaxt klubunun şərəfini qoruyacaq.
33 yaşlı futbolçu 2019-cu ildən formasını geyindiyi klubun təklifini geri çevirməyib.
Qeyd edək ki, Kris Smollinq 4 mövsüm ərzində "Roma"nın heyətində meydana çıxdığı 143 oyunda 10 qola imza atıb.