AVRO 2024: Ronald Kuman media qarşısına niyə çıxa bilmədi

Niderland millisinin AVRO 2024-də İngiltərə ilə oyun öncəsi mətbuat konfransı ləvğ edilib.

Sportline.az Sport24.ru-ya istinadla xəbər verir ki, buna səbəb Volfsbuqr və Dortmund şəhərləri arasındakı dəmir yolunda qataraların hərəkətinin bir neçə saat dayanması olub.

Nəticədə Niderland komandası Dortmunda təyyarə ilə gedib.

Mətbuat konfransında narıncıların baş məşqçisi Ronald Kuman ilə müdafiəçi Natan Ake iştirak etməli idi.

Qeyd edək ki, Niderland-İngiltərə oyunu bu gün Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Turnirin ilk finalçısı Fransanı məğlub edən İspaniya olub.