Ronaldinyo Bakıda
Məşhur braziliyalı futbol ulduzu Ronaldinyo Bakıya gəlib.
SportLine xəbər verir ki, futbolçu bu barədə öz Instagram səhifəsində məlumat verib. Restoranların birində çəkdirdiyi fotonu “Bakıda ilk gün. Şou” yazısı ilə paylaşan futbolçunun səfərinin məqsədi barədə məlumat verilmir.
Qeyd edək ki, Ronaldinyo 2002-ci ildə Braziliya millisinin heyətində Koreya və Yoponiyada keçirilən dünya çempionatının qalibi olub. 2005-ci ildə Avropanın ən yaxşı futbolçusu adına layiq görülərək “Qızıl top” mükafatını qazanıb. 2004 və 2005-ci illərdə dünyanın ən yaxşı futbolçusu seçilib.