Ronaldinyonun Bakıya gəliş səbəbi məlum oldu

Məşhur futbolçu Ronaldinyonun Bakıya səfərinin səbəbi müəyyənləşib.

SportLine.az Qol.az saytına istinadən xəbər verir ki, braziliyalı hücumçu “Qəbələ” klubunun dəvətilə Azərbaycana gəlib.

Ronaldinyonun bu gün saat 15:30-da Bakı Olimpiya Stadionunun konfrans zalında mətbuat konfransı keçiriləcək. Onun səfərinin məqsədi haqqında suallara klub rəsmiləri münasibət bildirəcək.

Qeyri-rəsmi xəbərlərə görə, səfərdə məqsəd yeni yaradılacaq futbol akademiyası ilə bağlı müzakirə aparmaqdır.