Ronaldo 65 cəhddən 1-də sevinib

"Yuventus"un futbolçusu Kriştiano Ronaldo uzun müddətdir cərimə zərbələrini lazımınca dəyərləndirə bilmir.

Sportline.az İtaliya mətbuatına istinadən xəbər verir ki, 35 yaşlı hücumçu A seriyasında vurduğu son 65 cərimə zərbəsindən cəmi 1-ni qola çevirə bilib. O, ötən ilin 2020-ci ilində "Torino" ilə matçda topu qapı xəttindən keçirib.  Ən pisi isə odur ki, futbolçunun qapıya göndərdiyi toplardan 44-ü qapı canlı səddə dəyərək, geri qayıdıb.

Komandanın baş məşqçisi Andrea Pirlo Ronaldonun bu uğursuzluğu ilə bağlı deyib: "Cərimə zərbəsindən qollar vurmaq çox vacibdir. Xüsusən də sıxılmış oyunları açmaq üçün əhəmiyyətlidir. Ronaldo bu istiqamətdə yaxşı məşq edir və özünü inkişaf etdirir. Yaxın vaxtlarda onun cərimə zərbəsindən yenidən qol vura biləcəyinə inanıram".

Qeyd edək ki, portuqaliyalı oyunçu klub karyerası ərzində ümumən 46 dəfə cərimə zərbələrindən fərqlənib.