Ronaldo məşqlərə qayıtdı

"Mançester Yunayted"in futbolçusu Kriştiano Ronaldo məşqləri bərpa edib.

Sportline.az xəbər verir ki, bu barədə "Manchester Evening News" məlumat yayıb. Portuqaliyalı hücumçu bu gün  klubun bazasına gedib və məşqdə iştirak edib.

Xatırladaq ki, aprelin 18-i Ronaldo yeni doğulan oğlunun vəfat etdiyini açıqlamışdı. Bu səbəbdən 37 yaşlı futbolçu İngiltərə Premyer Liqasının  30-cu turunun "Liverpul"la matçını (0:4) buraxmışdı.