Ronaldo, Messi, yoxsa Levandovski?

"Globe Soccer Award"ın versiyasına görə, ilin ən yaxşı məşqçisi, ən yaxşı futbolçusu və ən yaxşı klubu adına son namizədlər açıqlanıb.

Sportline.az mükafatın saytına istinadən xəbər verir ki, ilin ən yaxşı futbolçusu adına finalçılar sırasında Kriştiano Ronaldo ("Yuventus"), Lionel Messi ("Barselona") və Robert Levandovski ("Bavariya") yer alıb.

İlin ən yaxşı məşqçisi adı uğrunda Can Pyero Qasperini ("Atalanta"), Hans-Diter Flik ("Bavariya") və Yurgen Klopp ("Liverpul") mübarizə aparacaqlar.

İlin klubu adına namizədlər isə "Bavariya", "Liverpul" və "Real"dır.