Ronaldo milliyə belə dəstək oldu
Koronavirusa yoluxan Kriştiano Ronaldo çıxış etdiyi Portuqaliya yığmasına dəstək nümayiş etdirib.
Sportline.az xəbər verir ki, UEFA Millətlər Liqasının 4-cü turunda İsveçlə matçı (3:0) böyük televiziyadan izlədiyi andan şəkil paylaşan 35 yaşlı hücumçu bu sözləri yazıb: "Hisslər, mən sanki oradayam. İrəli, uşaqlar, irəli, Portuqaliya!".
Qeyd edək ki, Ronaldo koronavirus səbəbindən sözügedən görüşü buraxıb.