Ronaldo: "Səudiyyə Ərəbistanı çempionatı çox güclüdür"

"Əl-Nəsr"in yeni transferi Kriştiano Ronaldo Səudiyyə Ərəbistanı çempionatından danışıb.

Sportline.az xəbər verir ki, klubun mətbuat xidmətinə açıqlama verən portuqaliyalı hücumçu bu çempionatın çox güclü olduğunu deyib:

"Bu liqanın böyük potensialı var. Burada böyük oyunçular çıxış edir. Bu, çox, çox, çox güclü və çox rəqabətli çempionatdır. Buna görə də buradayam”.

Qeyd edək ki, Ronaldo ötən həftə "Əl-Nəsr"lə 2.5 illik müqavilə imzalayıb.

Banner