Ronaldonun 6 milyon avroluq oyuncağı

"Yuventus"un futbolçusu Kriştiano Ronaldo yeni yaxta alıb.

Sportline.az "Daily Mail"ə istinadən  xəbər verir ki, portuqaliyalı hücumçu yaxta üçün  5.5 milyon funt-sterlinq (təqribən 6 milyon avro)  ödəyib.  Bildirilir ki, yaxtanın dəniz mənzərəsinə açılan 5 kabini, 6 vanna otağı, 2 geniş salonu, yemək otağı, müasir mətbəxi var.

Onun bu yaxtanı A seriyasının qalibi olduqdan sonra aldığı vurğulanıb.

Qeyd edək ki, Ronaldo yaxtada  sevgilisi Corciana Rodriqes və uşaqları ilə birgə çəkilən fotonu öz "İnstaqram" hesabında paylaşmışdı.