Ronaldu "Əl - Nəsr" rəhbərliyi qarşısına tələb qoydu
Səudiyyə Ərəbistanının “Əl Nəsr” klubunun hücumçusu Kriştiano Ronaldo rəhbərlikdən transfer istəyib.
Sportline.az xəbər verir ki, 37 yaşlı hücumçu “Real”da və Portuqaliya millisində komanda yoldaşı olmuş Pepeni yanına gətirmək istəyir.
Ronaldonun tələbindən sonra “Əl Nəsr” klubu 39 yaşlı müdafiəçini transfer siyahısına daxil edib.
Pepe 2019-cu ilin yayından “Portu”da çıxış edir. Onun Portuqaliya klubu ilə müqaviləsi mövsümün sonunda başa çatır.