Ronaldu ilə Neymar boks gecəsində olub

Dünya şöhrətli futbol ulduzları Kriştianu Ronaldu ilə Neymar Ər-Riyad şəhərində təşkil edilən boks gecəsinin qonaqları sırasında olublar.

Sportline.az xəbər verir ki, onlar Tayson Fyuri - Aleksandr Usik duelinin yaxından izləyiblər.

Bu, yarımorta çəkidə məşhur boksçu Rayan Qarsiyanın pərəstişkarları ilə paylaşdığı fotolarda da təsdiqini tapıb.

Qeyd edək ki, 12 raund davam edən döyüş Aleksandr Usikin qələbəsi ilə nəticələnib.