Ronaldu "Real"a qayıtdı

Mdrid “Real”ının sabiq futbolçusu Kriştiano Ronaldonun oğlu klubun gənclərdən ibarət akademiyasına qayıdıb.

Sportline.az xəbər verir ki, 12 yaşlı Kriştiano indiyədək atasının çıxış etdiyi “Real”, “Yuventus” və “Mançester Yunayted” klubunun uşaqlardan ibarət komandasında oynayıb

O, “Real”ın 14 yaşadək futbolçulardan ibarət komandasında 20 matçda 50-dən çox qol vurub.

Xatırladaq ki, noyabrda “Mançester Yunayted”lə müqaviləsini ləğv edən Kriştiano Ronaldo hazırda azad agent statusundadır.