Ronaldu "Top-10"dan kənarda qaldı

Ingiltərənin nüfuzlu Four Four Two jurnalı "Mançester Yunayted" klubunun ən yaxşı on oyunçunun siyahısını açıqlayıb.

Sportline.az xəbər verir ki, "qırmızı şeytanlar"ın tarixində silinməz iz qoyan futbolçuların siyahısına əfsanəvi Bobbi Çarlton başçılıq edir.

Bu isə təsadüfi deyil. 1966-cı ilin dünya çempionu komandanın heyətində keçirdiyi 606 oyunda rəqib qapılarına 199 qol vurub.

Maraqlı məqamlardan biri siyahıda Kriştianu Ronalduya yer tapılmamasıdır.

1.Bobbi Çarlton;
2.Corc Best;
3.Brayan Robson;
4.Erik Kantona;
5.Denis Lou;
6.Ueyn Runi;
7.Rayan Qiqqz;
8.Dunkan Edvards;
9.Petr Şmeyxel;
10.Pol Skouls