Ronaldudan yeni rekord

Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldu yeni dünya rekorduna imza atıb.

Sportline.az Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) saytına istinadən xəbər verir ki, 37 yaşlı hücumçu 400 beynəlxalq matça çıxan ilk oyunçu kimi tarixə düşüb.

Qətərdə baş tutan dünya çempionatının 1/8 final mərhələsində İsveçrə ilə görüş (6:1) onun beynəlxalq arenada 400-cü qarşılaşması olub. Ronaldu bunun 195-ni millidə, 205-ni isə klubların heyətində avrokuboklarda keçirib. Ulduz futbolçu Çempionlar Liqasında 187, Avropa Liqasında və klublararası dünya çempionatının hərəsində 8, UEFA Superkubokunda isə 2 görüşdə iştirak edib.

Ümumilikdə 9 futbolçu 300-dən çox beynəlxalq oyun iştirakçısı olub ki, onlardan 5-i hazırda karyerasını davam etdirir.

 

Futbolçu

Millisi

Oynadığı dönəm

Klubda

Milli

Total

1

Kriştianu Ronaldu

Portuqaliya

2002-

205

195

400

2

İker Kasilyas

İspaniya

1999-2019

193

167

360

3

Canluici Buffon

İtaliya

1995-

167

176

343

4

Lionel Messi

Argentina

2004-

170

169

339

5

Serxio Ramos

İspaniya

2004-

151

180

331

6

Xavi

İspaniya

1998-2019

195

133

328

7

Luka Modriç

Xorvatiya

2003-

147

159

306

8

Xavyer Zanetti

Argentina

1992-2014

162

143

305

9

Paolo Maldini

İtaliya

1985-2009

175

126

301