Ronaldunun yeni klubu bilindi

Kristiano Ronaldo Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubu ilə anlaşıb.

Sportline.az xəbər verir ki, bu barədə “Marca” məlumat yayıb.

“Əl-Nəsr” 37 yaşlı hücumçu ilə 2,5 illik müqavilə imzalayacaq.

Müqavilənin 2023-cü il yanvarın 1-dən qüvvəyə minəcəyi deyilir.

Ronaldonun yeni klubunda illik 200 milyon avro, ümumilikdə isə 500 milyon avro qazanacağı bildirilir.

Ronaldunun son klubu “Mançester Yunayted” olub.