Rövnəq Abdullayev AVRO 2020-nin Bakıda təşkili haqqında

"Bu gün konfransımız əlamətdar günə təsadüf edir".

Sportline.az xəbər verir ki, bunu AFFA-nın prezidenti Rövnəq Abdullayev deyib.

O, 2 fevral Gənclər günü münasibəti ilə Azərbaycan xalqını təbrik edib.

Abdullayev 2021-ci ilin pandemiyaya rəğmən, planlaşdırıldığı kimi keçdiyini bildirib. Assosiasiya rəhbəri Bakıda 4 oyunu keçirilmiş AVRO-2020-ni xüsusi vurğulayıb: "Bütün mərhələlərdə bizə dəstək verən dövlətimizə, o cümlədən Prezident İlham Əliyevə bütün futbol ictimaiyyəti adından təşəkkür edirəm. Bu, dövlətimizin böyük uğurudur".