"Rubin" "Bavariya"nın yetirməsini heyətinə qatıb
"Rubin Kazan" albaniyalı hücumçu Marvin Çunini transfer etdiyini açıqlayıb.
Sportline.az Sport24.ru-ya istinadla xəbər verir ki, son olaraq "Frosinone"də çıxış edən futbolçu Kazan təmsilçisi ilə 4 illik müqavilə imzalayıb. O, yeni klubunda 90 nömrəli forma ilə çıxış edəcək.
Çuni "Bavariya"nın yetirməsidir. Futbolçu daha əvvəl "Zonnenxof Qrossaspax", "Paderborn" və "Saarbruken" kimi klubların uğurları üçün çalışıb, son mövsümü isə İtaliyada keçirib
Qeyd edək ki, 23 yaşlı futbolçu Albaniya millisinin heyətində 1 oyun keçirib.