"Rubin" "Spartak"ın oyunçusunu istəyir

"Rubin" Kazan "Spartak"da çıxış edən paraqvaylı müdafiəçi Aleksis Duartenin xidmətində maraqlıdır.

Sportline.az Championat.com-a istinadla xəbər verir ki, Kazan təmsilçisi 24 yaşlı futbolçunu icarə əsasında heyətinə qatmaq istəyir.

Duarte 2023-cü ildən "qırmızı-ağlar"ın heyətində çıxış edir. Oyunçu ötən mövsüm 24 oyunda iştirak edib. Onun paytaxt klubu ilə müqaviləsi 2027-ci ilə qədərdir. 

Qeyd edək ki, Transfermarkt portalında Duartenin transfer dəyəri 3.5 milyon avro olaraq qiymətləndirilir.