Rüfət Dadaşov növbəti oyuna çıxdı

Milli komandamızın hücumçusu Rüfət Dadaşovun şərəfini qoruduğu "Finiks Rayzinq" ABŞ-ın birinci liqasında (USL) növbəti oyuna çıxıb.

Sportline.az xəbər verir ki, 8-cu turda "Los-Anceles Qelaksi 2" ilə üz-üzə gələn "Finiks Rayzinq" 4:1 hesabı ilə qalib gəlib.

Rüfət Dadaşov 67-ci dəqiqədə meydana daxil olub.

Qeyd edək ki, "Finiks Rayzinq" 8 oyundan sonra 19 xalla B qrupunun lideridir.