Rüfət Dadaşov üçün uğursuz oyun

ABŞ-ın USL çempionatında 13-cü turun oyunları keçirilib.

Sportline.az xəbər verir ki, milli komandamızın üzvü Rüfət Dadaşovun çıxış etdiyi “Finiks Rayzinq” “San Dieqo Loyal”a 2:3 hesabı ilə məğlub olub.

Meydana start heyətdə çıxan millimizin hücumçusu sonadək mübarizə aparıb.

Qeyd edək ki, Dadaşov 10 qolla çempionatın bombardirləri siyahısında 2-cidir. Onun komandası isə 26 xalla B qrupunun lideridir.