Rüfət Dadaşovun növbəti uğuru

ABŞ-ın birinci liqasında (USL) 6-ci turun oyunları keçirilib.

Sportline.az xəbər verir ki, millimizin futbolçusu Rüfət Dadaşovun çıxış etdiyi "Finiks Rayzinq" "Nyu Meksiko" ilə qarşılaşıb. Matç meydan sahiblərinin 5:2 hesablı qələbəsi ilə başa çatıb.

Rüfət oyuna start heyətdə daxil olub və 69-cu dəqiqədə əvəzlənib. O, 22-ci dəqiqədə komandasının 2-ci qolunu vurub.

Bu, futbolçumuzun mövsümdəki 5-ci qolu olub.

Qeyd edək ki, "Finiks Rayzinq" hazırda 13 xalla B qrupunda 1-cidir.