Rumıniya klubundan Regekampf açıqlaması
Rumıniyanın "Universitatya Krayova" klubu "Neftçi"nin baş məşqçisi Laurentsiu Regekampfla danışıq apardıqlarını təsdiqləyib.
Sportline.az “Digi Sport”a istinadən xəbər verir ki, klubun maliyyə dəstəkçisi və İdarə Heyətinin üzvü Mixail Rotaru bu barədə sualı cavablandırarkən Regekampfı komandaya gətirmək istədiklərini inkar etməyib:
“Baş məşqçi vəzifəsinə bir yox, üç namizədimiz var və hər birinin hazırda öz klubu ilə müqaviləsi davam edir. Sözləşməsi davam edən bir məşqçini müzakirə edə bilmərəm”.
Qeyd edək ki, rumıniyalı mütəxəssis 2021/2022 mövsümündə "Universitatya Krayova"da işləyib. "Neftçi" ilə müqaviləsi 2024-cü ilin yayına qədər olan məşqçi bir neçə gün əvvəl verdiyi açıqlamasında komandadan ayrılmaq fikrində olmadığını deyib..