Rumıniya millisinin heyətinə 28 futbolçu dəvət edildi
"Avro-2016"nın daha bir iştirakçısının heyəti məlum olub. SportLine.az xəbər verir ki, "A" qrupunda qərarlaşan Rumıniya seçməsinin geniş heyətində 28 futbolçu yer alıb. Baş məşqçi Anxel Yordaneskunun dəvət göndərdiyi futbolçular arasında "Qəbələ"nin sabiq üzvü Adrian Ropotan da var:
Qapıçılar: Çiprian Tataruşanu (“Fiorentina”, İtaliya), Kostel Pantilimon (“Uotford”, İngiltərə), Silviu Lunq (“Astra”).
Müdafiəçilər: Kristian Sapunaru (“Panduriy”), Aleksandru Matel (“Dinamo”, Xorvatiya), Vlad Çiriçeş (“Napoli”, İtaliya), Valerika Qaman (“Astra”), Kosmin Moti (“Ludoqorets”, Bolqarıstan), Draqoş Qriqore (“Əl-Sailiya”, Qətər), Razvan Rat (“Rayo Valyekano”, İspaniya), Steliano Filip (“Dinamo”), Alin Toşka (“Styaua”)
Yarımmüdafiəçilər: Mixay Pintiliy, Adrian Popa, Aleksandru Çipçiu, Nikolae Stankiu (hamısı “Styaua”), Ovidiu Hoban (“Hapoel”, Beer Şeva, İsrail), Adrian Ropotan (“Panduriy”), Andrey Prepeliţa (“Ludoqorets”, Bolqarıstan), Qabriel Torxe (“Osmanlıspor”), Aleksandru Maksim (“Ştutqart”, Almaniya), Lusian Sanmarten (“Əl-İttihad”, Saudiyyə Ərəbistanı).
Hücumçular: Klaudiu Keșeru (“Ludoqorets”, Bolqarıstan), Boqdan Stanku (“Gənclərbirliyi”, Türkiyə), Florin Andone (“Kordoba”, İspaniya), Denis Alibek (“Astra”), İoan Hora (“Panduriy”), Andrey İvan (“Universitetia Krayova”).