Runi İngiltərə klubunun baş məşqçisi olacaq
Ueyn Runi karyerasını İngiltərədə davam etdirəcək.
Sportline.az Fabrisio Romanoya istinadla xəbər verir ki, "Birmingem Siti"nin sükanı ona həvalə olunacaq.
Məşhur jurnalistin Tvitterdə paylaşdığı məlumata görə, Runi bu gün istefaya göndərilən Con Yustası əvəzləyəcək.
Qeyd edək ki, 37 yaşlı Runi ötən gün ABŞ-nin "Di-Si Yunayted" klubu ilə vidalaşıb.