Rusiyalı futbolçu bu ölkədə ən çox qazanan ikinci oyunçu olacaq

 "Sion"un yeni transferi Anton Mirançuk İsveçrə Super Liqasında ən çox maaş alan ikinci futbolçu olacaq.

Sportline.az Sport24.ru-ya istinadla xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçinin illik qazancı 1.3 milyon təşkil edəcək.

Yerli çempionatda ən çox məvacib alan futbolçu isə bu yay "Bazel"ə qayıdan 32 yaşlı Cerdan Şakiridir.

Xatırladaq ki, Mirançuk bu gün yeni klubu ilə 2026-cı ilə qədər müqavilə imzalayıb. O, klubda 10 nömrəlia forma ilə çıxış edəcək.