Rusiya boksçuları beynəlxalq arenaya qayıdırlar

Rusiya boksçuları iki illik fasilədən sonra peşəkar rinqə qayıdırlar.

Sportline.az xəbər verir ki, WBO təşkilatı sözügedən ölkənin idmançılarına "yaşıl işıq" yandırıb.

Bu haqda TASS agentliyi məlumat yayıb.

Qeyd edək ki, rusiyalı Artur Beterbiyev WBO versiyasında yarımağır çəkidə çempiondur.

O, oktyabrın 12-də həmvətəni Dmitri Bivolla münasibətləri aydınlaşdırmalıdır.