Rusiya futbolunda qalmaqal

Rusiya futbolunda növbəti qalmaqal yaşanıb.

Sportline.az xəbər verir ki, yeni mövsümün ilk turunda "Soçi"ni qəbul edən "Spartak" (2:2) hakim haqsızlığı ilə üzləşib. 2:0 hesabı ilə öndə olan Moskva təmsilçisi qapısına təyin olunan iki mübahisəli penalti səbəbindən xal itirib. Oyundan sonra klubun sahibi Leonid Fedun "Spartak"ın çempionatdan çıxacağını bəyan edib: "Bu klounadada iştirak etmək istəmirəm". 

Sports.ru saytının yaydığı məlumata görə "Spartak" - "Soçi" matçının baş hakimi Vasili Kazarsev hakimlikdən uzaqlaşdırılıb.

Qeyd edək ki, "Spartak" rəhbərliyi ötən mövsümün gedişində də dəfələrlə hakimlikdən narazılığını bildirmişdi.