Rusiya klubu heyətini hücumçu ilə gücləndirib

Rusiya Premyer Liqasınım debütantı "Akron" heyətini daha bir hüçumçu ilə gücləndirib.

Sportline.az Sport24.ru-ya istinadla xəbər verir ki, Tolyatti təmsilçisi "Hapeol"də (Tel-Əviv) çıxış edən konqolu futbolçu Mavis Çibotu rənglərinə bağlayıb.

28 yaşlı futbolçu ilə 2027-ci ilə qədər müqavilə imzalanıb.

Ötən mövsüm İsrail klubunun heyətində 30 oyuna çıxan Çibot 5 qol və 2 asistlik performans göstərib.

Qeyd edək ki, karyerasının böyük hissəsini İsraildə keçirən futbolçu daha əvvəl "Makkabi" Hayfa, "Bnei Yehuda", "Makkabi" Tel Əviv və "Ludoqorets' kimi klubların uğurları üçün çalışıb.