Rusiya klubu "Qalatasaray"ın futbolçusuna elçi düşüb

"Qalatasaray"ın hücumçusu Kerem Aktürkoğlu Moskva "Spartak"ının transfer siyahısına daxil olub.

Sportline.az Beinsports.com-a istinadla xəbər verir ki, Moskva klubunun yeni baş məşqçisi Deyan Stankoviç 25 yaşlı futbolçunu heyətdə görmək istəyir.

Türkiyəli futbolçu ötən mövsüm 'Sarı-qırmızılılar"ın heyətində 54 oyunda 15 qol və 9 asistlə çıxış edib.

Türkiyə millisi ilə Avropa Çempionatında yer alan Kerem Aktürkoğlu qrup mərhələsində Gürcüstana qarşı oyunda komandasının 3-cü qolunu vurmuşdu.

Qeyd edək ki, Kerem 2020-ci ildə "Erzincanspor"dan "Qalatasaray"a azad agent statusunda transfer olunub.