Rusiya klubunda alman mütəxəssis

Rusiyanın “Krasnodar” klubunun yeni baş məşqçisi açıqlanıb.

Sportline.az xəbər verir ki, Premyer Liqa təmsilçisi Daniel Farkeyə həvalə olunub.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Alman mütəxəssislə müddəti 2024-cü ilin yayına qədər olan müqavilə imzalanıb. Farke bu postda Viktor Qonçarenkonu əvəzləyib.

Daniel Farke son olaraq İngiltərənin “Norviç Siti” komandasını çalışdırıb.