Rusiya klubunda baş məşqçi dəyişikliyi

Dmitri Voetskiy ilə yollarını ayıran SKA Xabarovsk klubu baş məşqçi postuna Aleksey Poddubskiyin gətirildiyini açıqlayıb.

Sportline.az Sport24.ru-ya istinadla xəbər verir ki, 52 yaşlı mütəxəssislə bu mövsümün sonuna kimi razılıq əldə olunub.

Poddubskiy avqustun 21-dən klubda köməkçi məşqçi vəzifəsini icra edirdi.

Xatırladak ki, SKA Xabarovsk 2017-ci ildə bu məşqçinin rəhbərliyi altında ilk dəfə Premyer Liqaya vəsiqə qazanıb.

Qeyd edək ki, Xabarovsk təmsilçisi Rusiya 2-ci liqasında 9 turdan sonra səkkiz xalla 16-cı pillədə qərarlaşıb.