Rusiya klubunda koronavirus şoku
Rusiyanın “Rotor” klubunun 7 futbolçusu koronavirusa yoluxub.
Sportline.az xəbər verir ki, bu barədə Volqoqrad təmsilçisinin rəsmi saytı məlumat yayıb. Virusa yoluxanların adları açıqlanmayıb. Bütün komandanın karantinə alındığı bildirilib.
Rusiya Premyer Liqasının 7-ci turunun “Rotor” – “Krasnodar” oyunu da təxirə salınıb.