Rusiya kubokunun qalibi müəyyənləşir
Bu gün Rusiya kubokunun 2023/2024 mövsümünün qalibinin adına aydınlıq gələcək.
Sportline.az xəbər verir ki, final mərhələsinin cavab oyununda "Zenit" doğma meydanda CSKA ilə qarşılaşacaq.
Moskvada baş tutan ilk oyun 1-1 hesablı bərabərliklə yekunlaşmışdı.
"Gazprom Arenada" keçiriləcək həlledici qarşılaşmanın start fiti 21:45-də səslənəcək.
Qeyd edək ki, Rusiya kubokunun son qalibi CSKA "Moskva"dır.