Rusiya millisi Afrikaya üz tutub

Beynəlxalq yarışlardan kənarda qalan Rusiya millisi yoldaşlıq oyunu üçün də rəqib tapmaqda çətinlik çəkir.

Sportline.az sport-express.ru-ya istinadla xəbər verir ki, son günlərdə Pakistan Futbol Federasiyası ilə danışıqları alınmayan Rusiya Futbol İttifaqı indi də Afrikaya üz tutub.

RFİ rəsmiləri Nigeriya millisi ilə yoldaşlıq matçına ümid bəsləyirlər.

Danışıqlar uğurlu alınsa, komandalar gələn ilin əvvəlində üz-üzə gələcəklər.