Rusiya millisi özünə rəqib tapdı

Beynəlxalq yarışlardan kənarlaşdırılan futbol üzrə Rusiya millisi yoxlama oyunlarında qüvvəsini sınamaqdadır.

Sportline.az xəbər verir ki, məlum siyasi mühitlə əlaqədar rəqib tapmaqda çətinlik çəkən Rusiya Futbol İttifaqı,  Bruney Futbol Federasiyasına müraciətinə müsbət cavab alıb.

Sözügedən komandalar noyabr ayında üz-üzə gələcəklər.

Görüş noyabrın 15-də Krasnodar şəhərində təşkil olunacaq. 

Qeyd edək ki, Bruney millisi FİFA-nın reytinq siyahısında 183-cü yerdə qərarlaşıb.