Rusiya millisi yoldaşlıq oyunları üçün Vyetnama gedib

Rusiya millisi sentyabr təlim-məşq toplanışında keçiriləcək iki yoldaşlıq oyunu üçün Vyetnama uçub.

Sportline.az xəbər verir ki, bu barədə milli komandanın mətbuat xidməti sosial şəbəkələrdə məlumat yayıb.

Komanda sentyrabrın 5-də Vyetnamla, 7-də isə Tailandla qarşı qarşıya gələcək. Hər 2 görüş Hanoe şəhərindəki Mi Din stadiounda keçiriləcək. 

Qeyd edək ki, 2022-ci ilin fevralında Ukraynada xüsusi hərbi əməliyyatlar başladıqdan sonra Rusiya milli komandası və Rusiya futbol klubları beynəlxalq turnirlərdən kənarlaşdırılıb.