Rusiya nəhəngi Saul Kokonun transferinə hazırlaşır
"Torino"nun müdafiəçisi Saul Koko karyerasını Rusiyada davam etdirə bilər.
Sportline.az xəbər verir ki, 26 yşlı futbolçu "Spartak"ın maraq dairəsindədir.
Bu haqda İtaliyanın "Gazzetta Granata" nəşri məlumat yayıb.
Turinlilərin Ekvatorial Qvineya millisinin üzvünü 15 milyon avroya satmağa hazır olduğu bildirilir.
Qeyd edək ki, Koko ötən mövsüm meydana çıxdığı 34 oyunda 2 qol vurub.