Rusiya nəhəngləri Bardakçıya elçi düşüb

"Qalatasaray"ın futbolçusu Abdulkərim Bardakçı karyerasını Rusiyada davam etdirə bilər.

Sportline.az Hürriyet nəşrinə istinadla xəbər verir ki, "Zenit"lə ÇSKA onun xidmətində maraqlıdır.

Sözügedən klubların Bardakçı üçün "Qalatasaray"a 5 milyon avro təklif etdikləri bildirilir.

Qeyd edək ki, 28 yaşlı mərkəz müdafiəçisi ötən mövsüm keçirdiyi 33 oyunda 3 qol və 3 asistlə yadda qalıb.