Rusiya Premyer Liqasında oyunların vaxtı sanksiyaya görə dəyişdirilib

Futbol üzrə Rusiya Premyer Liqasında XXII turun oyunlarının vaxtı dəyişdirilib.

Sportline.az xəbər verir ki, bu barədə TASS-a "Ural"ın prezidenti Qriqori İvanov məlumat verib.

Onun sözlərinə görə, Rusiya millisinin martda təlim-məşq toplanışı olmadığından, qarşılaşmalar əvvəlcədən planlaşdırıldığı kimi 19-20 martda gerçəkləşəcək.

Qeyd edək ki, ötən ilin dekabrında Premyer Liqada XXII turun oyunları 3 - 5 marta keçirilib. FIFA və UEFA daha əvvəl Rusiya yığmaları və komandalarını beynəlxalq turnirlərdən kənarlaşdırıb. Yığma bu səbəbdən, DÇ-2022-nin pley-off mərhələsində iştirak edə bilməyəcək.