Rusiyada Çempionlar Liqasına bənzəyən turnir keçirilə bilər

Rusiyada Premyer Liqa Kuboku Çempionlar Liqasına bənzəyən formatda keçirilə bilər.

Sportline.az "Sport-Express"ə istinadən xəbər verir ki, ölkə futbolunun rəhbərliyi hazırda bu turnirin yenidən təşkilini nəzərdə keçirir.

Rusiya Premyer Liqasında 16 klub qalsa, təqvimdə bu Liqa Kuboku da yer alacaq. Layihəyə əsasən, klublar ilk mərhələdə 4 qrupa bölünməlidir. Hazırkı mövsümü 1 - 4-cü sırada bitirinlər ilk səbətdə, 5 - 8-ci yerlərdəkilər ikinci, 9 - 12-ci pillələrdəkilər üçüncü səbətdə, 13-14 və Milli Futbol Liqasından gələcək iki komanda sonuncu səbətdə yer alacaq.

Qruplarda ilk iki yeri tutanlar 1/4 finala yüksələcək. Görüşlər həftəiçi - Çempionlar Liqası və Avropa Liqasının baş tutduğu günlərdə oynanılacaq.

Qeyd edək ki, Rusiyada sonuncu dəfə Premyer Liqa Kuboku 2003-cü ildə keçirilib. UEFA növbəti mövsüm üçün ölkə təmsilçilərini avrokuboklardan kənarlaşdırıb.